29 may 2012 00:15
Əfran İsmayılov: Heç bir kluba keçmirəm, Qarabağla çempion olmaq istəyirəm
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov bəyan edib ki, onun harasa transfer olunacağına dair söhbətləri bağlanmış saymaq olar. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İndi heç bir klubdan təklif yoxdu. Düzdü, çempionatın sonunda bəzi təkliflər almışdım. Lakin onların hamısından imtina etdim. Bu üzdən də hazırda sözügedən məsələ qapanıb. Hansısa kluba keçidim gündəmdə deyil. Bütün fikirlərim “Qarabağ”a yönəlib. Yeni mövsümdə bu komanda ilə Azərbaycan çempionu olmaq istəyirəm”.