29 may 2012 12:16
Qəbələ məşqçisini qovdu
26 may 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Bakı” – “Qəbələ” oyunundan sonra baş vermiş hadisələrlə əlaqədar olaraq “Qəbələ” klubunun rəhbərliyi bir sıra qərarlar qəbul edib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi həmin görüşdən sonra baş verən qalmaqallara görə sərt cəzalar tətbiq edib.
Belə ki, komandanın məşqçisi Hüseynqulu Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Eyni zamanda məşqçilər Famil Xəlilov, Sərdar Qafarov və Teymur Musayev klubun daxili intizam qaydalarına əsasən cəzalandırılıblar. Onlara ciddi xəbərdarlıq da edilib.
