29 may 2012 00:33
Yığma komandada yeni baş məşqçi
Futbol üzrə Fil Dişi Sahili yığması yeni baş məşqçiyə tapşırılıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sabri Lamuşi çalışdıracaq.
O, bu postda Fransua Zahuini əvəzləyib. Artıq yerli federasiya Lamuşinin təyinatını rəsmən təsdiqləyib.
Qeyd edək ki, Lamuşi Fransa yığmasının sabiq oyunçularındandı. 12 dəfə milli formanı geymiş 40 yaşlı gənc mütəxəssis ilk ciddi məşqçilik fəaliyyətini məhz Fil Dişi Sahili yığmasının sükanı arxasında həyata keçirəcək. Onun qarşısında duran əsas vəzifə isə komandanı 2013-cü ildə CAR-da keçiriləcək Afrika Millətlər Kubokuna və DÇ-2014-ə çıxarmaqdı.
Fil Dişi Sahili indiyə qədər bir dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Bu uğuruna 1992-ci ildə Seneqalda imza atan Didye Droqbanın həmyerliləri DÇ-2006 və DÇ-2010-a vəsiqə qazansa da, qrupda qalmışdı.
