30 may 2012 00:49
Yığmamızın rəqibi qələbəyə həsrət qaldı, Türkiyə qalib gəldi
Dünyanın yaşıl meydanlarında müxtəlif ölkə yığmaları yoldaşlıq oyunları keçirməyə davam edirlər. Azerisport.az ötən gecə baş tutan görüşlərin nəticələri ilə sizi də tanış edir.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Rusiya Litva ilə üz-üzə gəlib. Qarşıdan gələn AÇ-2012-yə hazırlaşan şimal qonşularımız qolsuz heç-heçəyə razılaşmalı olublar.
Qardaş Türkiyə yığması isə Bolqarıstanla üz-üzə gəlib. “Ay-ulduzlular” Avstriya toplanışı çərçivəsində baş tutan üçüncü sınaq matçında Ömer Toprak və Burak Yılmazın qolları ilə qələbə qazanıblar.
Ötən gün keçirilməli olan daha bir görüş – İtaliya – Lüksemburq matçı isə ləğv olunub.
Yoldaşlıq oyunları
29 may
Anqola - Makedoniya – 0:0
Litva – Rusiya – 0:0
Bolqarıstan – Türkiyə - 0:2
