30 may 2012 01:08
Xəzər Lənkəranlı futbolçu rəsmən Qəbələdə (FOTO)
2012-2013 mövsümündə qarşısına böyük hədəflər qoyan “Qəbələ” ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Şəhriyar Xəlilovu heyətinə qatıb.
Daha öncə “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran”da top qovan gənc müdafiəçi Şəhriyar Xəlilovla 3 illik müqavilə imzalanıb. Futbolçu transferlə bağlı ilkin təəssüratlarını “Qəbələ”nin rəsmi saytına bölüşüb:
“Qəbələ” ilə yanaşı bir neçə fərqli klubdan da təklif almışdım. Amma Qəbələdə futbol üçün yaradılan şəraitdən xəbərdar olduğum üçün digər təkliflər üzərində çox düşünmədim. Doğru seçim etdiyimi düşünürəm. Yeni komandamın hədəflərindən xəbərdaram. Çalışacağam ki, öz oyunumla “Qəbələ”nin uğurlarında pay sahibi olum”.
Dosye
Adı: Şəhriyar
Soyadı: Xəlilov
Doğum tarixi: 21.08.1991
Vətəndaşlığı: Azərbaycan
Mövqe: Müdafiəçi
Çıxış etdiyi klublar: "Qarabağ" (2008-2010), "Turan" (2010), “Xəzər Lənkəran” (2011-2012)
