30 may 2012 13:17
İspaniya La Liqasında yeni mövsümün başlanma tarixi açıqlandı
Futbol üzrə İspaniya La Liqasında 2012-2013 mövsümünün başlayacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, La Liqada mübarizəyə avqust ayında start veriləcək.
Bundan əvvəlki illərdə sentyabr ayında start götürən La Liqanın 2012-2013 mövsümü avqustun 18-də başlayacaq. Mövsümün son turunun oyunları isə 2013-cü ilin 29 mayında keçiriləcək. Ölkə kubokunun final oyunu isə mayın 8-də baş tutacaq.
