30 may 2012 21:50

Azərbaycan Andorra ilə də bacarmadı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Andorra ilə yoxlama matçına çıxıb.
 
Qeyd edək ki, komandamız artıq bu rəqibi ilə bir dəfə görüşüb. 2008-ci ildə yoldaşlıq görüşü çərçivəsində baş tutan oyun millimizin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. İndi Berti Foqtsun çalışdırdığı komandamız neytral meydanda bu rəqibi üzərində növbəti qələbəsini rəsmiləşdirməyə sadəcə borclu idi. Lakin çox təəssüf ki, hər imkanda azarkeşlərini üzməyi bacaran Foqtsun yetirmələri bu dəfə də "sürpriz"ə imza atmağı bacarıblar.
 
Yoxlama oyunu
30 may
 
Azərbaycan – Andorra - 0:0 
Hakimlər: Mixael Veyner, Holger Henskel, Kristof Bornhorst (hamısı Almaniya), Loran Kopriva (Lüksemburq).
Frankfurt şəhəri. “Viktoria Kelsterbach” stadionu.
 
AZƏRBAYCAN: Kamran Ağayev, Mahir Şükürov, Elnur Allahverdiyev, Ruslan Abışov, Ufuk Budaq, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Vüqar Nadirov, Elvin Məmmədov, Rizvan Umarov, Rauf Əliyev.
Baş məşqçi: Berti Foqts.
ANDORRA: Xose Antonio Qomes, Ferran Pol, İldefons Lima, Xosep Manuel Ayyala, Kristian Martines, Adrian Rodriqes, Marsio Vyeyra, Serxio Moreno, Karlos Eduardo Peppe, Mark Qarsiya, Fernando Silva.
Baş məşqçi: Koldo Alvares.
 
Oyun başladı. Millimizə uğurlar arzulayırıq
2. İlk hücum yığmamızdan gəlsə də, Umarovun ötürməsinə Nadirov çata bilmir
3. Komandamız topa daha çox nəzarət edir
4. Lakin ötürmələrdə də çoxlu səhvlərə yol veririk
5. Millimizi bu oyunda təxminən 50 nəfər azarkeş dəstəkləyir. Onların arasında Ufuk Budaq, Əli Gökdəmir və Cihan Özkaranın ailə üzvləri də var. Lakin start heyətində yalnız Ufuk yer alıb
7. Nadirovun təhlükəli zərbəsi qapının üstündən keçir
12. Limanın cərimə zərbəsi zamanı qapı tiri komandamızı qoldan xilas edir
17. Əliyevə qarşı qayda pozulsa da, hakim təmiz penaltini vermir
24. Elvinin zərbəsi birbaşa qapıçının üstünə gedir
25. Vyeyra Kamranla üz-üzə qalsa da, bu şansdan yararlana bilmir
30. Elvinin 30 metrdən möhtəşəm zərbəsini son anda rəqib qapıçı qaytarır
34. Raufun zərbəsi qapı dirəyindən qayıdır
40. Lima sarı vərəqə ilə cəzalanır
41. Mahirin cərimə zərbəsi təhlükəli olsa da, qol gətirmir
42. Umarovun da zərbəsi qapıdan yan keçir
44. Meydanda iki komandanın üzvləri arasında kiçik mübahisə yaranır. Sanki mühüm bir final matçı imiş kimi...
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Rizvan Umarov fasilədə Cihan Özkara ilə əvəzlənir
50. Hakimin qərarından narazı qalan Şükürov almaniyalı referiyə etirazını sərt şəkildə bildirir. Bunun cavabı isə Foqtsdan gəlir. O da öz növbəsində Mahirə qışqıraraq bu hərəkətini pisləyir
51. S.Moreno və F.Silva yerini İvan Lorenso və Joan Toskanoya verir
53. Andorra hücumda çox fəaldı. Kamran artıq iki dəfə oyuna qoşulmalı olub
60. Yığmamız rəqibi qapısına sıxışdırsa da, üstünlüyünü hesabda əks etdirə bilmir
63. R.Əliyevlə U.Budaq yerini Branimir Subaşiçlə Əli Gökdəmirə verir
63. Andorrada isə Limanı Riboeda əvəzləyir
64. Elvinin zərbəsi təhlükəli, amma bəhrəsizdi
65. Yığmamız fasiləsiz hücumda olsa da, bütün zərbələr qeyri-dəqiqdi
69. A.Rodriqesin əvəzində meydana Kristian Pous çıxır
70. Yığmamızda isə V.Nadirovu Uğur Pamuk əvəzləyir
75. Mahirin əla cərimə zərbəsini qapıçı eyni gözəlliklə dəf edir
78. Millimizin təzyiqi demək olar ki, bəhrəsizdi
79. Özkara meydanda nə etdiyini yəqin ki, heç özü də bilmir
80. Şükürov da sarı vərəqə ilə cəzalanır
81. Rəqib futbolçuların iki təhlükəli zərbəsi zamanı hər şey millimiz üçün yaxşı qurtarır
85. Daha 5 dəqiqə dözə bilsə, Andorra Azərbaycan yığmasının sayəsində FİFA reytinqində ilk xalını qazanacaq
88. Millimizin üzvləri hakimdən əllə oyuna görə penalti təyin etsələr də, o, fərqli qərar verir
89. Peppe sarı vərəqə alır
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.