30 may 2012 13:35
Klaudio Ranyeri rəsmən Fransa klubunda
Tanınmış italiyalı mütəxəssis Klaudio Ranyeri özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, yeni mövsümdən etibarən Fransa klubunu çalışdıracaq.
Belə ki, Ranyeri Fransanın ünlü klublarından olmasına rəğmən, hazırda ikinci divizionda çıxış edən “Monaco” ilə anlaşıb. Artıq sözügedən klub rəsmi məlumat yayaraq, italiyalı mütəxəssislə razılığa gəldiklərini bəyan edib. 60 yaşlı mütəxəssislə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, aşağı diviziona düşəndən sonrakı ilk mövsümündə 8-ci olan və elitaya qayıda bilməyən “Monaco” indi bu arzusunu digər italiyalı mütəxəssislə gerçəkləşdirmək istəyir. Ranyeridən öncə bu komandanı onun həmyerlisi Marko Simone çalışdırırdı.
Ranyerinin indiyə qədər “Napoli”, “Valencia”, “Atletico”, “Chelsea”, “Juventus”, “Roma” və “Inter” kimi müxtəlif klublarda çalışdığını da xatırladaq.
