30 may 2012 14:18

Tərlan Əhmədov: Baş məşqçi olmaq istəyirəm

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin əsas köməkçisi Tərlan Əhmədov azerisport.az saytının suallarını cavablandırıb, komandasının və öz planlarından danışıb.
 
- Oyunçu kimi nail ola bilmədiyiniz Azərbaycan çempionluğunu nəhayət ki, məşqçi kimi bacardınız...
- 1996-cı ili unutmayın. O vaxt çempionat fərqli formatla keçirilirdi. Mən onda “Qarabağ”da çıxış edirdim və nəyə görəsə bizim həmin çempionluğumuz şübhə altına alınır. “Neftçi” hələ ötən mövsüm çempion olanda da müxtəlif söhbətlər gəzirdi. Bu mövsüm titulunu qorumaqla komanda həmin şayiələrin necə yersiz olduğunu bir daha isbatladı.
 
- Başa çatan mövsümdən razısız?
- “Neftçi” öz oyununu sərgilədi. Bu il klub 75 yaşını qeyd edir. Bu üzdən də azarkeşlərimizə hədiyyə etmək istəyirdik. Təəssüf ki, kubokun finalında uduzduq. Amma bütövlükdə narazı qalmaq olmaz. Biz əla mövsüm keçirdik.
 
- Böyükağa Hacıyevin gəlişi “Neftçi”də nəyi dəyişib? Arif Əsədovun komandası ilə müqayisədə nə kimi fərqlər var?
 - Heyət baxımından heç bir dəyişiklik yox idi. Çünki Hacıyev elə həmin futbolçularla oynamağa üstünlük verdi və yeni oyunçu almaq istəmədi. Amma atmosfer dəyişib, komanda təzyiqdən xilas edilib.
 
- Düşünmürsüz ki, bu heyətlə Çempionlar Liqasında işiniz çətin olacaq?
- Komandanın güclənməsi lazımdı. Özü də heyətdən altı futbolçu kənarlaşdırılıb. Bu üzdən də hər mövqeyə yeni oyunçular alınmalıdı.
 
- Slavço Georgiyevski, Rəşad Abdullayev və Fərid Quliyev kimi futbolçular “Neftçi”yə ÇL-də kömək edə bilməzdi ki?
- “Neftçi”nin məşqçi korpusu bütün mövsümü analiz etdikdən sonra belə qərar çıxardı. Burada yaş amili, futbolçunun xarakteri, oyun təcrübəsi və digər məqamlar nəzərə alındı. Biz ÇL-də daha güclü futbolçularla uğur qazana bilərik.

- Juluis Vobay və Rəşad Sadiqov kimi oyunçularla?
- Bəli. Onlar güclü futbolçulardı. Vobay özünü “Xəzər Lənkəran”da, Sadiqov “Qarabağ”da göstərib. İndi onların “Neftçi”yə nə dərəcədə faydalı olacaqlarını zaman göstərəcək.
 
- Belə söhbətlər dolaşır ki, Hacıyev baş məşqçi olsa da, “Neftçi”ni hazırda məhz siz idarə edirsiz. Bu xəbərlər nə dərəcədə doğrudu?
- Mən sadəcə məşqlərə nəzarət edirəm. Bu da birinci məşqçinin əsas işidi. Taktika, heyəti müəyyənləşdirmək, hazırlıq və digər məqamlar isə Hacıyevlikdi. Biz sadəcə onun tapşırıqlarını həyata keçiririk. Digər məsələlərdən söhbət gedə bilməz.

- Onda sualı başqa cür qoyaq: Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi olmaq istəyirmi?
- Tərlan Əhmədov baş məşqçi olmağı istəyir. Olacaq da. “Neftçi”də də olmasa, başqa komandada. Amma hər şeyin öz vaxtı var. Mən hələ gəncəm və qabağa getmək istəyirəm. Hazırda işimdən narazı deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.