30 may 2012 14:31
“UEFA Azərbaycan və Gürcüstanı yox, Türkiyəni seçməlidi”
“Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara Azərbaycan və Gürcüstanın 2020-ci ildə keçiriləcək Avropa çempionatına birgə ev sahibliyi etmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, Türkiyənin də keçirməyə iddialı olduğu AÇ-2020 ilə bağlı bunları dilə gətirib:
“Mən Azərbaycan və Gürcüstanın bu addımına hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, AÇ-2020 Türkiyədə keçiriləcək. Yerli federasiya bu turniri təşkil etməyə hazırdı. Əla stadionlarımız, hər cür şəraitimiz var ki, qitə birinciliyini normal şəkildə keçirə bilək. Ona görə də ölkəmiz bu turniri keçirməlidi. UEFA nəhayət bu dəfə Türkiyəni seçməlidi”.