30 may 2012 14:53
UEFA-dan Beşiktaşa şok cəza!
UEFA Türkiyənin “Beşiktaş” klubuna şok cəza kəsib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu İstanbul təmsilçisini bir il müddətinə avrokuboklarda iştirakdan məhrum edib.
Buna “qara qartallar”ın maliyyə məsələlərində yol verdiyi qanun pozuntuları səbəb göstərilir. Türkiyə klubu müxtəlif vaxtlarda bəzi futbolçularının maaşlarını gecikdirib, komandadan ayrılan oyunçulara borclarını vaxtında ödəməyib. Bütün bunlar isə sonda “Beşiktaş”ın belə sərt cəzalanması ilə nəticələnib.
Qeyd edək ki, bu məsələ UEFA tərəfindən hələ may ayının ilk günlərində qaldırılmışdı. O vaxt kluba 500 min avro cərimə kəsilmiş və qarşıdakı 5 il müddətində UEFA qaydalarına zidd hərəkət edəcəyi halda 2 illiyə avrokuboklardan cəzalandırılmaqla təhdid olunmuşdu.
