30 may 2012 15:04
“Bakıda havanın isti olması oyunumuza mənfi təsir göstərdi”
Bu gün Bakıda startı verilən II Caspian Cup turnirinin ilk turu çərçivəsində keçirilən Türkiyə – Gürcüstan matçından (3:2) sonra baş məşqçilər fikirlərini açıqlayıblar. Azerisport.az həmin açıqlamalarla sizi də tanış edir.
Giorgi Devdariani (Gürcüstan yığmasının baş məşqçisi): “Maraqlı oyunun şahidi olduq. Havanın isti olması oyunumuza mənfi təsir göstərdi. Türkiyə yığması qələbəyə layiq oyun nümayiş etdirdi. Qələbə münasibətilə onları təbrik edirəm”.
Hakan Tecimer (Türkiyə yığmasının baş məşqçisi): “Futbolçularım sonadək mübarizə apardılar. Verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar. Hər iki komandanın qol vurmaq imkanları oldu. Turnirə qələbə ilə başlamaq uşaqların özlərinə olan inamını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir”.
