30 may 2012 16:36
Beşiktaşı Avropa Liqasında əvəzləyəcək komanda bəlli oldu
Tükiyənin “Beşiktaş” klubunun UEFA tərəfindən bir il müddətinə avrokuboklardan uzaqlaşdırıldığı barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, artıq İstanbul klubunun əvəzində qardaş ölkəni avrokubokların yeni mövsümündə təmsil edəcək yeni klubun adı məlumdu.
Bu, “Eskişehirspor”du. Super Liqanın son mövsümündə 6-cı sırada qərarlaşan “Eskişehirspor” Avropa Liqasında iştirak etmək hüququ qazanıb.
Lakin hələlik, “Eskişehirspor”un Avroliqadakı çıxışı tam rəsmiləşməyib. Məsələ burasındadı ki, “Beşiktaş” hələ İdman Arbitraj Məhkəməsində UEFA-nın bu qərarının ləğvinə nail olmaq istəyir. “Beşiktaş” sözügedən qurumdan da mənfi cavab alacağı halda, bu komandanı Avroliqada “Eskişehirspor”un əvəzləyəcəyi dəqiqləşəcək.
