30 may 2012 17:18
Bakının finaldakı rəqibi Neftçi oldu (FOTOREPORTAJ)
"Neftçi" U-15 liqasının finalına adlayıb. Azerisport.az xəbər verir ki, bu komanda yarımfinal oyununda "İnter"ə 2-1 hesabı ilə qalib gəlib. Rəqib futbolçunun avtoqolundan sonra, "Neftçi"nin heyətində Ramiz Quliyev fərqlənib. Bu qələbə sayəsində komanda U-15 liqasının finalına vəsiqə qazanıb. Həlledici görüşdə "Neftçi"nin rəqibi "Bakı" klubu olacaq.
