30 may 2012 17:45
Azərbaycan Andorranı məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan millisinin Andorra ilə oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi məlumdu.
Beləliklə, azarkeşlərin böyük əksəriyyəti bu görüşdə millimiz qələbə qazanacağına əmindilər. Belə ki, sorğuya qatılanların 65 faizi (382 səs) məhz Azərbaycanın qalib gələcəyini proqnozlaşdırır.
Andorranın qalib gələcəyini güman edənlər 27 faiz (162 səs) təşkil edirlər. Heç-heçə olacağına isə 8 faiz (46) inanır.
