30 may 2012 17:52

“İnanıram ki, komandamı zəfərə apara biləcəyəm”

Azerisport.az sizi “Simurq”la yeni müqavilə imzalayan Qərib İbrahimovun müsahibəsi ilə tanış edir.
 
- Qərib, komandanla müqavilənin müddətini artırdın. Bu haqda nə deyə bilərsən?
- Mənim üçün də iki il formasını geyindiyim komandanın heyətində yenidən qalmaq xoş oldu. Bir neçə klublardan təkliflər var idi. Ancaq mən burda qalmağa üstünlük verdim. Bu ilki mövsümdə inanıram ki, “Simurq” üçün daha əhəmiyyətli işlər görəcəm. Baş məşqçi Georgi Çıxradzeyədə təşəkkür edirəm ki, məni yeni formalaşdıracağı heyətdə görmək istədi.
 
- Ötən mövsümü həm özün, həm də “Simurq” üçün necə dəyərləndirərdin?
- Mövsümə həm mən, həm də komanda yaxşı başladıq. İkinci dövrədə təlim-məşq toplanışından sonra bir anlıq geriləmə başladı və nəticədə arxa-arxaya vacib xallar itirdik. İlk “altılığ”a düşmə şanslarımızı da əldən verdik. Özüm isə birinci dövrənin sonlarına yaxın baş məşqçi ilə problemlər yaşadım və bu səbəbdən iki oyunda meydana buraxılmadım. Lakin sonrada yenidən əsas heyətdəki yerimi tutdum və “Simurq”un uğurları üçün mübarizə apardım. İnanıram ki, növbəti mövsümdə komanda üçün əsas futbolçulardan olacam və daha yaxşı şəkildə özümü göstərə biləcəm. Çalışacam ki, baş məşqçimizin ehtimadın doğrulda bilim.
 
- Baş məşqçi Georgi Çıxradze ilə işləmək çətin deyil ki?
- Xeyr, əksinə çox asandı. İşinin əsil peşəkarıdı. Futbolçuları çox yaxşı anlayır və hər birimizlə əla münasibətlər yaradıb. Onun oynatdığı futbol mənim oyun üsuluma çox yaxındı. İnanıram ki, ötən mövsüm verdiyi hər bir tapşırığı bacardığım qədər yerinə yetirə bilmişəm.
 
- “Simurq” heyətində ciddi dəyişikliklər edir. Səncə bu ilki heyət ötən mövsümdən nə ilə fərqlənə biləcək?
- Klub rəhbərliyi növbəti mövsüm üçün daha mübariz və iddialı bir kollektiv yaratmaq niyyətindədi. Artıq komandaya Kristian Torres kimi səviyyəli legionerin transfer edilməsi də bundan xəbər verir. Ötən mövsümdə yaxşı komandamız var idi. Lakin uğura çatmaq üçün çatışmamazlıqlar özünü sona yaxın göstərdi. Məncə, bu səbəbdən də rəhbərlik ötən ilkinin baş verməsini istəmir və islahatlara əl atıb. Komandadan ayrılan hər bir yoldaşıma da uğurlar arzulayıram. İnşallah arzuladıqları komandanın formasını geyinərlər.
 
- Ötən mövsüm komandanın heyətində ən çox oyuna çıxan futbolçu olsanda fərqlənməmisən. Bu il azərkeşlər səndən qol gözləyə bilərlər?
- Bunun üçün üzərimdə məşqlərdə çox işləyirdim. Hər bir oyunda da fərqlənmək üçün can atırdım. Lakin bu futboldu. Çox zaman da bəxt amili məndən tərəfə olmurdu. İnanıram ki, növbəti mövsüm vuracağım qollarla “Simurq”u zəfərə doğru apara biləcəm. Zaqatala azərkeşlərinin mənə olan ümidlərini doğruldacam və onlara çoxlu qol sevinci bəxş edə biləcəm.
 
- Fasiləni necə dəyərləndirirsən? İstirahət edə bilirsən?
- İstirahət etməyə o qədər də zamanım olmadı. Son turdan sonra bir həftə Tovuzda istirahət etdim. Ondan sonra Bakıya qayıtmışam. Hazırda fasilədən istifadə edib fiziki hazırlıq baxımından üzərimdə işləyirəm ki, qarşıdakı təlim-məşq toplanışında çətinlik çəkməyim. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.