30 may 2012 18:12

Xəzər Lənkərandan azarkeşlər üçün xoş xəbər

Yaxın zamanlarda “Xəzər Lənkəran” Futbol Klubunun 2012/2013 mövsümü üçün yeni abunə kartları satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, cənub klubunun azarkeşlərinə xoş xəbər var.
 
Məsələ burasındadı ki, keçən illərə nisbətən bu kartların qiyməti xeyli endirilib. Belə ki, 35 AZN dəyərində olan Standart kart artıq 30 manata, 150 AZN dəyərində olan Gümüş kart – 100 manata, 300 AZN dəyərində olan Qızıl kart isə 200 manata qədər endirilib.
 
2009-cu ildə mövsümlük abunə kartlarının tətbiqi ilə “Xəzər Lənkəran” Futbol Klubu o zaman ölkə futbolu adına daha bir ilkə imza atıb. Azarkeş dəstəyi sarıdan liderliyi son mövsümlərdə heç kimə verməyən “Xəzər Lənkəran”ın bu addımı tərəfdarlarının rahatlığını təmin edilməsinə, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmasına hesablanmışdı. Abunə kartlarının qiymətlərinin endirilməsilə kluba onun sədaqətli azarkeşləri üçün daha əlverişli şərait yaradır.
 
Standart, Gümüş və Qızıl kartların özəlliklərini bir daha xatırladırıq:
 
Standart kart – 30 AZN
- stadiona VİP girişdən daxil olmaq
- 2012/13 mövümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək.
 
Gümüş kart – 100 AZN
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövümü üçün VİP-B tribunasında oturacaq
- fan-şopda endirim
 
Qızıl kart – 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövsümü üçün VİP-A tribunasında oturacaq
- klubun rəsmi tədbirlərində iştirak etmək

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.