30 may 2012 18:33
“Lippert və Foqts bu legionerləri milliyə çağırmamalıdı”
“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov bu gün keçiriləcək Azərbaycan və Andorra yığmaları arasındakı yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmamızın Yaponiya ilə oyununu şərh etməyəcəm. Həmin oyunda futbol sərgiləmədik, uduzduq. Hamı Yaponiyanın bizdən güclü olduğunu deyir. Görək Andorraya qarşı nə göstərəcəyik. Çünki bu rəqib Azərbaycandan güclü deyil. Buna tam əmin olmaq olar. Lakin onlardan güclü olduğumuzu meydandan nümayiş etdirməliyik. Əgər “cırtdanlar”ı məğlub edə bilməsək, bu toplanışın faydalı alındığını da demək olmaz. Mən deyərdim ki, hətta heç-heçə barədə də düşünmək olmaz”.

Məmmədov həmçinin yığmamızda çıxış edən türkiyəli legionerlərin çıxışına da qiymət verib: “Onlar bizim futbolçulardan çox da fərqlənmirlər. Əgər ciddi fərq yoxdursa, niyə çağırırlar? Bernard Lippertlə Berti Foqts nə işlə məşğul olur? Onlar perspektivli futbolçu tapmalıdılar, legionerləri dəvət etməməlidilər. Ufuk Budaq, Əli Gökdəmir kimi futbolçuları dəvət etməyə dəyməz”.