30 may 2012 21:07
Millimiz beş qol vurdu, Təbriz Həsənov şikayətləndi
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov bu gün Bakıda startı verilən II Caspian Cup beynəlxalq turnirinin ilk turu çərçivəsində keçirilən Qırğızıstan matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 5:1 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Xətlərarası əlaqələrin gücləndirilməsinə ehtiyac var. Xeyli qol epizodu yaratsaq da, bir çoxundan yararlana bilmədik. Qələbəyə görə futbolçulardan heç birini xüsusi fərqləndirmək istəmirəm. Uğur qazanılanda hər kəsin payı, məğlubiyyətlə üzləşəndə isə hər birimizin günahı olur”.
