30 may 2012 21:16
“Azərbaycan yığmasına sürət və texnikada uduzuruq”
Qırğızıstan U-17 yığmasının baş məşqçisi Rafiq Əmirov bu gün Bakıda startı verilən II Caspian Cup beynəlxalq turnirinin ilk turu çərçivəsində keçirilən Azərbaycanla matçdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:5 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Oyunun əvvəlindən hiss edirdik ki, Azərbaycan yığmasına sürət və texnikada uduzuruq. Say azlığında qaldıqdan sonra isə məğlubiyyətimiz qaçılmaz oldu. Hesabı açmağımıza baxmayaraq, böyük hesabla uduzduq. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.
