30 may 2012 11:28

Rasim Kara: Foqts onlara dəvət göndərirsə, deməli, Azərbaycana lazımdılar

“Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasından, milliləşmiş legionerlərdən, eləcə də keçmiş klublarından danışıb.
 
- Son dövrlər Azərbaycan millisində Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budaq və başqa türk futbolçuların tez-tez görünməyə başlaması sizcə nə ilə bağlıdı?
- Onlardan yalnız Özkaranı tanıyıram. O, “Sivasspor”da çıxış edir. Cihan kifayət qədər yaxşı və perspektivli futbolçudu. Qalanları isə tanış deyil. Onların səviyyəsindən də xəbərim yoxdu. Məsələn, Budaq “Freiburg”da çıxış edirsə, inanmıram ki, ora hər adi futbolçunu götürələr. Bütövlükdə isə Azərbaycanla Türkiyə qardaş ölkədi. Ona görə də bizim futbolçuların Azərbaycan millisində çıxış etməsi problem deyil.
 
- Özkara bəyan edib ki, hələ yekun qərarını verməyib və Türkiyə millisində də çıxışı mümkündü...
- Türkiyə yığmasında oynamaq çox çətindi. Bizdə böyük rəqabət mövcuddu. Digər aşağı yaş qrupları üzrə yığmalar da əsas milli üçün çalışırlar. Özkara yaxşı futbolçudu. Onun Azərbaycan millisini hansı səbəblərdən seçdiyini bilmirəm. Hər şey futbolçunun səviyyəsindən asılıdı.
 
- Bu futbolçular Azərbaycan yığmasına nə dərəcədə faydalı ola bilərlər?
- Heyəti Berti Foqts formalaşdırır. Yəqin ki, yığmada bəzi mövqelərə yaxşı yerli futbolçular olmadığından o, belə qərar qəbul edir. Onların necə oyun sərgilədiklərini bilmirəm. Lakin əgər belə tez-tez dəvət alırlarsa, deməli, milliyə lazım olan futbolçulardılar.
 
- Yeri gəlmişkən, Foqts bəyan edib ki, Azərbaycan millisini AÇ-2016-ya aparmaq istəyir...
- Azərbaycanda idmana dövlət səviyyəsində qayğı var. Futbolun inkişafı üçün proqram var. Əgər Foqts belə bir söz deyibsə, deməli buna əmindi. Amma AÇ-2016-ya çıxmaq üçün yığmanız yaxşı nəticələr qazanmalıdı. Təkcə əsas yox, bütün aşağı yaş qrupları üzrə yığmalar da yaxşı oyun sərgiləməli, qollar vurmalı, qələbə qazanmalıdılar. Çünki bu gün yeniyetmələrin heyətində olan futbolçu sabah əsas komandada olacaq.
 
- “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun “Antalyaspor”a keçidi gözlənilir. Sizcə, onun Super Liqada özünü göstərmək şansları nə qədər yüksəkdi?
- Abışov perspektivli futbolçudu. O, “Antalyaspor”a kömək edə bilər. Hər şey futbolçunun xarakterindən asılıdı. Məsələn, Rəşad Sadıqovdakı kimi. Lakin şübhəsiz ki, hər bir futbolçu kimi, Abışovun da müəyyən çatışmazlıqları var. O, bunun üzərində işləsə, əsas heyətə düşə bilər. Heç vaxt ruhdan düşmək lazım deyil.
 
- Azərbaycanda mövsüm artıq başa çatıb. Keçmiş klublarınızdan “Qarabağ” gözlənilmədən avrokuboklardan kənarda qaldı...
- “Qarabağ” böyük komandadı. Əgər klub qarşısına yüksək hədəflər qoyubsa, özü üçün plan qurmalıdı. Komanda gənclərə, uşaq futboluna ciddi önəm verməlidi. Mənim dövrümdə bu məsələlərə fikir verilirdi. Gələcəyi düşünmək lazımdı. Mümkündü ki, müəyyən problemləri olub. Bu üzdən də ikinci komandanı inkişaf etdirməyə ehtiyac var, gənc futbolçuları əsas komandaya cəlb etmək lazımdı. “Qarabağ”ın avrokuboklardan kənarda qalmasını eşitmək çox üzücüdü. Bu komanda hər mövsüm çempionluğa oynaya bilər. Çox istərdim ki, еlə gələn mövsüm onlar qızıl medallara sahib çıxsınlar.
 
- Sizin digər keçmiş klubunuz – “Xəzər Lənkəran” isə yaxınlarda Yunis Hüseynova tapşırıldı...
- Elə rəhbərliyə, bazaya, azarkeşlərə malik olan “Xəzər Lənkəran” həmişə çempionluğa oynamağa borcludu. Bu, böyük klubdu. Hüseynov da təcrübəli mütəxəssisdi. O, klubun səviyyəsini qaldıra bilər. Amma bu komandada legionerlərlə bağlı həmişə problem olub. Əcnəbilər Lənkəranda qalmaq istəmirlər. Komanda mövsümün yarısını Lənkəranda, yarısını Bakıda keçirir. Bu da öz təsirini göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.