30 may 2012 12:10
Qarabağın oyunçusu Anqola ilə bacarmadı
Futbol üzrə Makedoniya yığması növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, makedoniyalıların rəqibi Anqola yığması olub.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Baş məşqçi Con Toşak bu oyunda “Qarabağ”ın üzvü Muarem Muaremə də şansı verib. Ağdam klubunun üzvü 85-ci dəqiqədə Agim İbraiminin əvəzinə meydana çıxıb.
