30 may 2012 21:24

Millimiz Qırğızıstanı 5 qolla keçdi (YENİLƏNİB)

Bu gün AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ikinci “Caspian Cup” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın müvafiq yığma komandası iştirak edir.
 
Litva, Qazaxıstan, Qırğızıstan və Azərbaycan milliləri eyni qrupda yer alırlar. Bu qrupda ilk oyun günündə Litva Qazaxıstanla, Azərbaycan isə Qırğızıstanla üz-üzə gəlib. Qazaxlar Litva səddini çətinliklə də olsa, keçə biliblər. Yığmamız isə qırğızlar üzərində əzmkar qələbəyə - darmadağına imza atıb.
 
Yaponiya, Gürcüstan, Özbəkistan və Türkiyə yığmaları isə digər yarımqrupda mübarizə aparırlar. Açılış günündə Türkiyə Gürcüstanla üz-üzə gəlib və qələbə qazanıb. Yaponiya da Özbəkistanla qarşılaşıb. Özbəklər iki cavabsız qolla qalib gəliblər.
 
Qeyd edək ki, turnirin oyunlarında stadiona giriş sərbəstdi.
 
Caspian Cup
30 may
 
Litva – Qazaxıstan - 1:2
Bakı. AZAL Arena.
 
Türkiyə – Gürcüstan - 3:2
Bakı. Dalğa Arena.
 
Azərbaycan – Qırğızıstan - 5:1
Bakı. Dalğa Arena.
Qollar: Cem Fələk, 27, Mirkamil Həşimli, 36-pen, Fəhmin Muradbəyli, 41, Elnur Cəfərov, 77, Mahir Mədətov, 80+2-pen.
Qırmızı vərəqə: Eldar Şərifov, 36 (Qırğızıstan, cərimə meydançasında bilərəkdən əllə oyun)
 
Yaponiya – Özbəkistan - 0:2
Bakı. Dalğa Arena.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.