30 may 2012 11:59
Xəzər Lənkəran, İnter və Bakının bütün potensial rəqibləri məlum oldu
Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan klublarının bütün potensial rəqiblərinin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq son iştirakçının da kimliyi bəllidi.
Bu mənada yalnız San Marinonun bir təmsilçisinin kim olacağı qaranlıq qalırdı. Həmin yeganə klubun kimliyinə də ötən gecə aydınlıq gəlib. “Libertas” “Tre Penne” ilə final görüşündə uduzaraq (0:1), çempionluğu rəqibə “hədiyyə edib”, özü isə Avroliqaya yollanmaq şansı qazanıb.
Məlum olduğu kimi, Azərbaycanı Avroliqanın qarşdıdan gələn mövsümündə ölkə kubokunun qalibi “Bakı”, Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran”, eləcə də bürünc medalların sahibi “İnter” təmsil edəcək.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq. 74 cüt arasından çıxacaq 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Hansı ki, növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu kollektivlər birgə üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Azərbaycan klubları ilkin təsnifat mərhələsində hamısı səpələnmişlər sırasında qərarlaşıb. Bu isə o deməkdi ki, “İnter” və “Bakı”yla bərabər, “Xəzər Lənkəran” da birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcək. Lakin ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda bütün təmsilçilərimiz səpələnməmişlər arasında yer alacaqlar və bir qədər güclü klublarla üz-üzə gəlmək məcburiyyətində qalacaqlar.
Yeganə istisna olaraq vurğulamaq yerinə düşər ki, Avroliqadakı təmsilçilərimizin mümkün rəqibləri arasında yer alan Ermənistan klublarıyla qarşılaşmağımız mümkün deyil. Çünki UEFA püşkatma zamanı bu kimi məqamları nəzərə alacaq.
Sonda onu da bildirək ki, Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatması iyunun 25-də keçiriləcək.
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Twente (Hollandiya)
|
MTK (Macarıstan)
|
|
Lech (Polşa)
|
Metallurg (Skopye, Makedoniya)
|
|
Rosenborg (Norveç)
|
Şiauliai (Litva)
|
|
Elfsborg (İsveç)
|
Zimbru (Moldova)
|
|
Kalmar (İsveç)
|
JJK (Finlandiya)
|
|
Aktobe (Qazaxıstan)
|
Flamurtari (Albaniya)
|
|
St. Patricks (İrlandiya)
|
Cliftonville (Şimali İrlandiya)
|
|
Stabek (Norveç)
|
Torpedo (Kutaisi, Gürcüstan)
|
|
Gomel (Belarus)
|
UE Santa Coloma (Andorra)
|
|
Metallurg (Rustavi, Gürcüstan)
|
Llanelli (Uels)
|
|
Sarajevo (Bosniya və Herseqovina)
|
Crusaders (Şimali İrlandiya)
|
|
Bohemians (İrlandiya)
|
Jeunesse (Lüksemburq)
|
|
Senica (Slovakiya)
|
Mura (Sloveniya)
|
|
Osijek (Xorvatiya)
|
Celje (Sloveniya)
|
|
Hafnarfyordur (İslandiya)
|
Daugava (Latviya)
|
|
Levadia (Estoniya)
|
Zeta (Monteneqro)
|
|
Pünik (Ermənistan)
|
İBV (İslandiya)
|
|
Dacia (Moldova)
|
Narva (Estoniya)
|
|
Bakı (Azərbaycan)
|
Hibernians (Malta)
|
|
Borac (Bosniya və Herseqovina)
|
Floriana (Malta)
|
|
Metallurg (Liepaya, Latviya)
|
Tor Akureyri (İslandiya)
|
|
Bangor City (Uels)
|
Ordabasi (Qazaxıstan)
|
|
Differdange (Lüksemburq)
|
Jetisu (Qazaxıstan)
|
|
Honved (Macarıstan)
|
Nomme (Estoniya)
|
|
Suduva (Litva)
|
NSİ Runavik (Farer adaları)
|
|
Jagodina (Serbiya)
|
Portadown (Şimali İrlandiya)
|
|
MYPA (Finlandiya)
|
Grevenmacher (Lüksemburq)
|
|
Tirana (Albaniya)
|
Gandzasar (Ermənistan)
|
|
Olimpija (Sloveniya)
|
Çelik (Monteneqro)
|
|
Renova (Makedoniya)
|
Eschen/Mauren (Lixtenşteyn)
|
|
İnter (Azərbaycan)
|
Teuta (Albaniya)
|
|
Rudar (Monteneqro)
|
Vikingur (Farer adaları)
|
|
KuPS (Finlandiya)
|
FC Santa Coloma (Andorra)
|
|
Shkendija (Makedoniya)
|
Cefn Druids (Uels)
|
|
Birkirkara (Malta)
|
Shirak (Ermənistan)
|
|
Streymur (Farer adaları)
|
La Fiorita (San Marino)
|
|
Xəzər Lənkəran (Azərbaycan)
|
Libertas (San Marino)
|
