30 may 2012 12:33
Mario Balotelli: İrqçiliklə üzləşsəm, AÇ-2012-ni tərk edəcəyəm
Gələn ay Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə keçiriləcək AÇ-2012-də mümkün irqçilik təzyiqləri ilə bağlı müzakirələr günbəgün artmaqdadı. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin startına bir neçə gün qalmış daha bir gözlənilməz açıqlama İtaliya yığmasının milliləşmiş legioneri Mario Balotellidən gəlib.
“Skuadra adzurra”nın qaradərili forvardı bəyan edib ki, Polşa və Ukraynada hər hansı irqçiliklə üzləşsə, çempionatı yarımçıq qoyub, evinə qayıdacaq. “Manchester City” klubunun ulduz oyunçusu bununla etirazını bildirməyi düşünür. O, “France Football” nəşrinə açıqlamasında bunları dilə gətirib:
“Sonuncu dəfə Romadakı barlardan birində irqçiliyə məruz qalmışam. Orda mənə irqçi sözlər söyləyənləri öldürmək istədim. Amma polis araya girdi. Belə olaylar mənə çox pis təsir edir və buna dözə bilmirəm. AÇ-2012-də də belə irqçi sözlər eşitsəm, hansısa xoşagəlməz hərəkətlə üzləşsəm, çempionatı tərk edəcəyəm”.