30 may 2012 00:27
AÇ-2012: İrlandiyanın yekun heyəti
Azerisport.az sizi AÇ-2012-nin iştirakçılarının yekun heyəti ilə tanış etməyə davam edir. Bu dəfə İrlandiya yığmasının yekun heyətini təqdim edirik.
Məlum olduğu kimi, bu komandanı məşhur italiyalı mütəxəssis Covanni Trapattonu çalışdırır. O, Polşa və Ukraynada təşkil olunacaq qitə birinciliyinə aşağıdakı heyətlə yollanmaq qərarına gəlib.
Qeyd edək ki, İrlandiya İtaliya, İspaniya və Xorvatiya ilə birgə C qrupunda yer alır.
Qapıçılar: Şey Given (Aston Villa, İngiltərə), Keyren Vestvud (Sunderland, İngiltərə), Devid Ford (Millwall, İngiltərə);
Müdafiəçilər: Con O`Şi (Sunderland, İngiltərə), Riçard Dann (Aston Villa, İngiltərə), Stiven Uord (Wolverhempton, İngiltərə), Şon Sent-Lecer (Leicester, İngiltərə), Darren O'Di (Celtic, Şotlandiya), Stiven Kelli (Fulham, İngiltərə), Pol Makşeyn (Hull City, İngiltərə);
Yarımmüdafiəçilər: Qlenn Uilan (Stoke City, İngiltərə), Kit Endryus (West Bromvich, İngiltərə), Eyden Makqidi (Spartak, Moskva, Rusiya), Darron Gibson (Everton, İngiltərə), Pol Qrin (Derby County, İngiltərə), Damyen Daff (Fulham, İngiltərə), Stiven Hant (Wolverhempton, İngiltərə), Ceyms Maklin (Sunderland, İngiltərə);
Hücumçular: Kevin Doyl (Wolverhempton, İngiltərə), Robbi Kin (LA Galaxy, ABŞ), Conatan Uolters (Stoke City, İngiltərə), Şeyn Lonq (West Bromvich, İngiltərə), Saymon Koks (West Bromvich, İngiltərə).
