31 may 2012 00:55

“Bunun bəhrəsini seçmə mərhələdə görəcəyik”

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov Andorra ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Bakı”lı futbolçu 0:0 hesabıyla başa çatan görüş haqda bunları dilə gətirib:
 
- Nə pis, nə də yaxşı oynadıq. Xeyli qol epizodları yaratdıq. Lakin onlardan heç cür yararlana bilmədik. Minimum 3:0 hesabıyla qalib gəlməliydik. Daha ədalətli yanaşsaq, 5:0 və ya 6:0 hesabıyla da qalib gələ bilərdik. Amma futbolda hərdən belə də olur ki, qol vurmaq üçün hər şeyi etsən də, buna nail ola bilmirsən.

- Andorradan belə oyun gözləyirdiz?
- Prinsipcə, bu onların əsas oyun üslubudu. 90 dəqiqə ərzində müdafiə olunmaqla nəyəsə ümid edirlər. Nəticədə bizə qol vurmağa imkan vermədilər.
 
- DÇ-2014-ün startına 3 ay qalmış Andorraya qol vura bilməyən komandadan azarkeşlər nə gözləyə bilər?
- Biz də hər şeyi gözəl başa düşürük və buna görə çox məyusuq. Çünki bu təlim-məşq toplanışı seçmə mərhələ öncəsindəki əsas hazırlıq prosesimiz idi. Düzdü, keçirdiyimiz sınaq matçlarının nəticələri azarkeşlərimizi sevindirə bilməz. Amma bu toplanış yığma üçün çox faydalı oldu. Fikrimcə, bunun bəhrəsini seçmə mərhələdə görəcəyik.
 
- Bir il idi yığmada deyildiniz. Belə qayıdışı gözləyirdizmi?
- Zədə səbəbindən xeyli müddət yığmadan kənarda qalmalı oldum. Təbii ki, belə qayıdışı istəməzdim. Daha yaxşı oynaya bilərdim. Amma məni də başa düşmək olar. Bir il millidən uzaq qalmaq təsirini göstərir. Ümid edirəm ki, gələcək oyunlarda milliyə daha çox fayda verəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.