31 may 2012 13:37
Rizvan Umarov: Andorra ilə oyunda Azərbaycan millisinin sadəcə bəxti gətirmədi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov Andorra ilə yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyuna çox yaxşı başlamışdıq. İlk dəqiqələrdən pressinq tətbiq edərək rəqibi qapısına sıxışdırmağı bacardıq. Andorra qarşımızda güclə dayanırdı. Amma qol vurmağımız üçün azacıq nəsə çatışmırdı.
- Bu qədər qol epizodu yaratdığın halda necə dəyərləndirməmək olar?
- Əgər bu oldusa, deməli, mümkündü. Bunun da yeganə səbəbi var – bəxtsizlik. Əgər bu qədər qol epizodundan yararlana bilmirsənsə, bunun başqa adı da yoxdu. Top neçə dəfə dirəyə, tirə tuş gəldi.
- Əgər bu oldusa, deməli, mümkündü. Bunun da yeganə səbəbi var – bəxtsizlik. Əgər bu qədər qol epizodundan yararlana bilmirsənsə, bunun başqa adı da yoxdu. Top neçə dəfə dirəyə, tirə tuş gəldi.
- Sizi ilk yarıdan sonra əvəzlədilər. Bu, taktiki dəyişiklik idi ya məşqçi korpusunu razı salmadığınıza görə?
- Məni niyə əvəzlədiklərini deyə bilmərəm. Buna mən qərar vermədiyim üçün şərh də verə bilmərəm.
- Öz oyununuzdan razı qaldınız?
- Öz oyunumdan danışmağı sevmirəm. Amma onu deyə bilərəm ki, o qədər də yaxşı çıxış etmədim.
- Öz oyunumdan danışmağı sevmirəm. Amma onu deyə bilərəm ki, o qədər də yaxşı çıxış etmədim.
- Bəlkə sizi lazımı mövqedə oynatmırdılar. Sağ cinah sizin üçün uğurlu mövqedi?
- Mənim üçün fərqi yoxdu. Sağda da, solda da eyni şəkildə oynaya bilərəm. Sadəcə, yığmada olduğu kimi, mənim də bəxtim gətirmədi.
- Mənim üçün fərqi yoxdu. Sağda da, solda da eyni şəkildə oynaya bilərəm. Sadəcə, yığmada olduğu kimi, mənim də bəxtim gətirmədi.
- Bu komandanın DÇ-2014-ün seçmə mərhələsindəki perspektivi barədə nə düşünürsüz?
- Sadəcə yaxşı köklənmək lazımdı. Məncə hər şey yaxşı olacaq. Yaxşı köklənə bilsək, öz gücümüzə inansaq, Rusiyaya, Portuqaliyaya qarşı da yaxşı oynaya bilərik.
- Sadəcə yaxşı köklənmək lazımdı. Məncə hər şey yaxşı olacaq. Yaxşı köklənə bilsək, öz gücümüzə inansaq, Rusiyaya, Portuqaliyaya qarşı da yaxşı oynaya bilərik.
- Azərbaycan yığması ilə bağlı gələcək planlarınız necədi?
- Burda hər şey məndən asılı deyil. Əlbəttə, mən daim bu komandanın üzvü olmaq istərdim. Zaman göstərəcək.
- Burda hər şey məndən asılı deyil. Əlbəttə, mən daim bu komandanın üzvü olmaq istərdim. Zaman göstərəcək.
- Yəqin ki, eyni zamanda sizin klubdakı çıxışınızdan da çox şey asılı olacaq...
- Təbii ki, bunun da öz yeri var. İndi “Elche”nin əsas komandası ilə məşqlərimi davam etdirirəm. Növbəti mövsümdən bu komandanın əsas heyət oyunçusuna çevrilmək istəyirəm.
