31 may 2012 13:46
Ağasəlim Mircavadov: Millidə ciddi problemlər var
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov millimizin ötən gün Andorraya qarşı keçirdiyi yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahiəsində o, bunları dilə gətirib:
“Görmədiyin oyun barədə danışmaq çətindi. Tarixdə nəticə qalır. Andorra ilə görüş də heç-heçə başa çatdı. Komandaya bəraət qazandıra biləcək söz tapa bilmirəm. AÇ-2016-ya düşmək barədə real deyil. Çünki tezliklə DÇ-2014-ün seçmə mərhələsi başlayacaq. Qarşısına ciddi hədəflər qoyan komanda Andorra kimi rəqibi mütləq məğlub etməlidi. Mənə elə gəlir ki, yığmada çox ciddi problemlər var. Amma ümid edirəm ki, bunları Berti Foqts hamıdan yaxşı bilir və onları aradan qaldıracaq”.