31 may 2012 01:37
AÇ-2012-nin iştirakçıları üçün uğurlu gecə
Dünyanın yaşıl meydanlarında müxtəlif ölkə yığmaları yoldaşlıq oyunları keçirməyə davam edirlər. Azerisport.az ötən gecə baş tutan görüşlərin nəticələri ilə sizi də tanış edir.
Yığmamızın Andorra ilə qolsuz heç-heçəyə razılaşdığı gecədə İspaniya Koreya ilə üz-üzə gəlib. Dünya və Avropa çempionları rəqibi üzərində darmadağına sevinib.
AÇ-2012-yə hazırlaşan yığmalardan İsveç İslandiya, Hollandiya isə Slovakiya üzərində qələbəyə sevinib.
Yoldaşlıq oyunları
30 may
İspaniya – Koreya – 4:1
İsveç – İslandiya – 3:2
İsveçrə - Rumıniya – 0:1
Hollandiya – Slovakiya – 2:0
