31 may 2012 14:24
Uğur Pamuk: Təəssüf ki, debüt matçımda belə nəticə qeydə alındı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Uğur Pamuk Andorra ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Sumqayıt”lı futbolçu 0:0 hesablı heç-heçə haqda bunları dilə gətirib:
“Təəssüf ki, belə komandaya qol vura bilmədik. Bu, Azərbaycan millisindəki debüt matçım idi. Meydana sona 20 dəqiqə qalmış çıxsam da, hesab edirəm ki, pis oynamadım. Amma yaxşı oynadığımı da düşünmürəm. Hansı ki, bunu istəyirdim. Təəssüflənirəm ki, meydana çıxmağım Andorranın qapısına yol tapmaq, bu rəqibi məğlub etmək üçün yetərli olmadı. Gələcəkdə də əsas komandada oynamaq istəyirəm. Ümid edirəm ki, mənə yenə şans veriləcək”.
