31 may 2012 15:34
Arif Əsədov: Yığmada nə baş verdiyini bilmirik
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan millisinin Andorra ilə oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:0 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Belə komandanı məğlub etmək lazım idi. Seçmə mərhələnin startına çox az vaxt qalıb. Andorra üzərində qazanılacaq qələbə komandaya inam qazandıracaqdı. Bu heç-heçə yığmamızın FİFA reytinqindəki mövqeyinə də təsirsiz ötüşməyəcək. Uğursuzluğun səbəbi nədi? Bu barədə yaxşı olardı ki, baş məşqçi və futbolçulardan soruşasız. Biz yığmada çalışmırıq. Orda nə baş verdiyini bilmirik”.