31 may 2012 15:57
“Azərbaycan klublarının qrup mərhələsinə düşməsi çətin məsələdi”
“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov Azərbaycanı avrokubokların yeni mövsümündə təmsil edəcək klubların şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Klublarımız Avropa Liqasının qrup mərhələsinə düşməkdən dəm vururlar. Bu, nə dərəcədə realdı? Onu klubların özlərindən soruşmaq lazımdı. Qrup mərhələsindən danışmağımız tezdi. Kimin nəyi bacaracağını püşkatma göstərəcək. Şəxsən mən hesab edirəm ki, klublarımız istənilən rəqibə qarşı oynaya bilərlər. Amma azarkeşlərin əksəri üçün yaxşı futboldan daha çox nəticə önəmlidi. Qrup mərhələsinə vəsiqə qazanmaq çox çətin məsələdi. Lakin hər şey ola bilər”.
