31 may 2012 16:17
Rəşad Abdullayev rəsmən Qəbələdə!
“Neftçi”dən ayrıldıqdan sonra adı bir sıra iddialı klublarla yanaşı çəkilən Rəşad Abdullayev qərarını verib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Qəbələ”də davam etdirmək qərarına gəlib.
Artıq tərəflər bütün məsələləri razılaşdırıb. Rəsmi müqavilənin bu gün imzalanacağı bildirilir. Bölgə klubu bu gün həmçinin Abdullayevin rəsmi təqdimat mərasimini keçirəcək.
Qeyd edək ki, Rəşadı “İnter” və “Bakı”nın da heyətinə qatmaq istədiyi bildirilirdi.
