31 may 2012 18:33

Tale Heydərov: Qəbələ stadionu 2014-cü ildə istifadəyə veriləcək

Azərbaycanda ilk dəfə təşkil olunan futbol üzrə “Qəbələ Kuboku-2012” turnirinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, əvvəlcə turnir iştirakçıları meydançaya daxil olublar.
 
Sonra söz klubun prezidenti Tale Heydərova verilib. Heydərov əvvəlcə qonaqlara iştirakları ilə əlaqədar təşəkkürünü bildirib. O, hər bir idman növünə dövlət qayğısının çox vacib olduğunu və bu faktorun Azərbaycanda da mövcudluğundan çox şad olduqlarını vurğulayıb:
 
“Bunun göstəricisi kimi böyük turnirlərin Azərbaycanda keçirilməsini qeyd edə bilərəm. Amma idmanın, o cümlədən futbolun inkişafı üçün bizim kimi klubların üzərinə böyük məsuliyyət düşür. Uşaq futbolu futbolun inkişafı üçün böyük amildir. Bunu nəzərə alaraq, “Qəbələ” yarandığı vaxtdan uzunmüddətli plan və strategiya müəyyənləşdirib. Uşaq futboluna diqqət göstərərək, Azərbaycanda futbol akademiyası yaradan ilk klub olmuşuq. Biz də bu gün 15 yaşadək akademiyalar arasında turnir təşkil etmişik. “Qəbələ”nin uşaq futbolçuları böyük uğurlar əldə ediblər, müxtəlif yaşlılar arasında Azərbaycan çempionu olublar. Dünyanın müxtəlif ölkələrində - İngiltərə, Latviya və Türkiyədə layiqincə təmsil edərək, yeniliklər əldə ediblər və məşqçilərimiz həmin yenilikləri Azərbaycana gətiriblər. Amma bu turniri biz “Qəbələ” klubundakı gözəl meydançalar olmadan keçirə bilməzdik. Klubumuz infrastruktura böyük diqqət göstərir və hazırda akademiyamızın bünövrəsi qoyulub. Ümidvarıq ki, gələn il akademiyamızın meydançası 2013-cü ilin ortalarında, əsas stadionumuz isə 2014-cü ildə istifadəyə veriləcək”.
 
“Qəbələ”nin özünəməxsus fəlsəfəsinin olduğunu deyən T.Heydərov bildirib ki, qələbələri düzgün, gözəl şəkildə əldə etmək niyyətindədirlər: “Burada Azərbaycan klublarından “Qarabağ” da iştirak edir. Bu da Azərbaycanda inkişaf üçün rəqabətin olmasını nəzərdə tutmağımızdan irəli gəlir. Bu tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə AFFA-ya minnətdarlıq edirəm. Ümidvaram ki, bu turnir ənənə halını alacaq və sizin kimi komandaları burada qəbul edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.