31 may 2012 18:55
“Hətta 500 min avro dəyərində də futbolçularımız var”
“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov azərbaycanlı futbolçuların xaricdə çıxış etmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hesab edirəm ki, Mahir Şükürov, Rauf Əliyev və Ruslan Abışov ölkə xaricində çıxış etməyə hazırdı. Amma bunun üçün yaxşı agentlər olmalıdı. Hazırda Azərbaycan futbolunda ən böyük problemlərdən də biri məhz agentlərlə işdi. Avropada futbolçuların agentləri onları müxtəlif klublara təklif edirlər və düşünmək üçün də kifayət qədər vaxtları olur. Bizdə isə dəvət gələn kimi müqavilə bağlamaq dəbdi. Avropada transferin hər detalı götür-qoy edilir. Məsələn, bizim hansısa futbolçumuz 400 min avroyadırsa, xarici klub həmin qiymətə olan digər futbolçuya bizimkindən daha çox üstünlük verir. Çünki qiymət eyni olsa da, azərbaycanlı futbolçuya uyğunlaşma üçün də əlavə vaxt tələb olunur. Azərbaycanda hətta 500 min avroya da dəyən futbolçular var. Təəssüf ki, bizim futbolçular öz üzərlərində lazımı səviyyədə işləmirlər. Onlar hesab edirlər ki, hansısa klubla müqavilə imzaladılarsa, bununla da iş bitdi”.