31 may 2012 20:35

Tale Heydərov: AFFA prezidenti olmaq fikrim yoxdu

“Qəbələ”nin prezidenti Tale Heydərov bu gün Qəbələdə 15 yaşadək futbolçular arasında keçirilən beynəlxalq turnirin açılış mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Mən istəyirəm ki, “Qəbələ”nin yetirmələri gələcəkdə öz komandamızın şərəfini qorusunlar. Bu gün keçirdiyimiz turnir də bütövlükdə Azərbaycan futbolunun inkişafına xidmət edir. Tezliklə “Qəbələ”nin yeni əsas stadionu da istifadəyə veriləcək. O, öncə 7 min azarkeş tutumuna malik olacaq. Daha sonra isə bu göstərici artırıla da bilər”.
 
Heydərov “Qəbələ”nin avrokuboklara vəsiqə qazana bilməməsindən danışarkən vurğulayıb: “Əlbəttə, təəssüf ki, avrokuboklara vəsiqə qazana bilmədik. Amma bizim öz strategiyamız var. Klubun öz bazası, meydançaları var, eyni zamanda akademiyaya malikik. Komandanın baş məşqçisi Fatih Kavlak da “Qəbələ”dəki vəzifəsini yaxşı bilir. Biz bu üzdən yeni baş məşqçi axtarışına da çıxmadıq. Ümumiyyətlə, tez-tez məşqçi dəyişiklikləri komandaya mənfi təsir göstərir. Ona görə də hazırda biz daha çox infrastruktur haqda düşünürük”.

“Qəbələ”nin prezidenti transfer planlarından danışarkən bildirib ki, bu məsələləri baş məşqçi həll edir: “Yeni transferlər barədə mən heç bir söz deyə bilmərəm. Bunu baş məşqçimiz həll edir. Bütün keçidlərə də o qərar verəcək”.
 
Heydərov hakimliyin səviyyəsindən də danışıb: “Hakim səhvləri olur. Əsas odu ki, bu səhvlər qərəzli olmasın. Lakin bəzən də olur ki, səhv olur, amma onun qərəzli, yaxud təsadüfi səhv olduğunu müəyyənləşdirmək mümkün olmur”.
 
O, nə vaxtsa AFFA prezidenti olmaq barədə düşünüb-düşünmədiyinə də münasibət bildirib: “Mən bu haqda düşünmürəm. Azərbaycan futboluna xidmət etmək üçün hansısa postu tutmağa can atmaq lazım deyil. Elə hər kəs öz postunda qalmaqla da bunu həyata keçirə bilər”.
 
“Qəbələ”nin prezidenti bəyan edib ki, gələcəkdə bu cür turnirləri əsas komandalar arasında da təşkil etməyi düşünürlər: “İndi biz yeniyetmələr arasında turnir keçiririk. Lakin gələcəkdə böyüklər arasında da oxşar turnirlər təşkil etməyi planlaşdırırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.