31 may 2012 11:37

Mahir Şükürov: Andorra ilə oyunda hər oyunçumuzun qol vurmaq şansı oldu

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov ötən gün baş tutan Andorra ilə yoldaşlıq matçından sonran azerisport.az saytının suallarını cavablandırıb.
 
- Andorra ilə görüş barədə nə deyərdiz?
- Andorra ilə oyuna ciddi hazırlaşmışdıq. Bu qədər qol epizodu yaratsaq da, onlardan yararlana bilmədik və nəticədə qələbə qazanmaq mümkün olmadı. Tərslikdən hakim də rəqib qapısına təmiz penaltini təyin etmədi. Sonda da heç-heçə ilə kifayətlənməli olduq.
 
- İkinci hissədə Kamran Ağayev sizin ünvanınıza qışqıraraq bildirdi ki, uşaqları tələsdir. Bu nəticəni rüsvayçı hesab etmək olar?
- Əlbəttə, belə rəqibi məğlub etməmək biabırçıdı. Mən də meydanda az qışqırmadım. Təəssüf ki, alınmadı. Demək olar hər oyunçunun qol vurmaq şansı oldu. Deməli, qismət deyilmiş.
 
- Bir epizodda siz komanda yoldaşlarınıza rusca müraciət etdiniz. Əgər oyunçuların əksəriyyəti bu dili bilmirsə, rusca danışmaq nə dərəcədə faydalıdı?
- O sözlər daha çox Subaşiçlə Çertoqanova ünvanlanmışdı.
 
- DÇ-2014-ün startına 3 ay qalıb. Komanda hələ hazır deyil?
- Mövsümün sonunda Yaponiyaya uzun sürən səyahət, Frankfurt toplanışı yığma üçün az faydalı olmadı. Əminəm ki, seçmə mərhələyə qədər çox şey dəyişəcək.
 
- Berti Foqts deyir ki, futbolçuların əksəri çempionat başa çatandan bəri fərdi məşq etmirmiş. Bəs siz necə?
- Aldatmayacağam. Mən də məşq etmirdim. Amma hər bir peşəkar futbolçu bunu başa düşməlidi. Uzun mövsümdən sonra istirahət də lazımdı.
 
- Baş məşqçi onu da deyir ki, klubsuz futbolçunu milliyə çağırmayacaq...
- Bu, yaxşı prosesdi. Futbolçu öz klubunda daim oynamalıdı ki, Azərbaycan yığmasına da fayda verə bilsin. Kimə lazımdı ki, klubsuz futbolçu.
 
- Yeri gəlmişkən, siz də klubsuz qalmısız...
- Mən “Qəbələ” ilə yollarımı ayırmışam və hələlik növbəti qərarımı verməyə tələsmirəm.
 
- Bəs karyeranızı harda davam etdirməyə hazırlaşırsız?
- Bunu özümə yeni klub tapan kimi biləcəksiz. İstisna deyil ki, bu, əcnəbi komanda olsun. Variantlarım var. Özümün də xaricdə oynamaq həvəsim böyükdü. Müxtəlif klublarla əlaqələr yaratmağı sevirəm. “Qəbələ”də çıxış edərkən də tez-tez “Xəzər Lənkəran”la əlaqə saxlayırdım. Amma hadisələri qabaqlamaq istəmirəm və bir qədər dözmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.