31 may 2012 11:48
Berti Foqts: Azərbaycan yığmasının üzvlərinə xarici klublardan böyük maraq var
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bəyan edib ki, millimizin ötən gün baş tutan Andorra ilə yoldaşlıq matçını xeyli əcnəbi klublar diqqət mərkəzində saxlayıblar. Azerisport.az xəbər verir ki, hətta bu məqsədlə həmin klubların nümayəndələri Almaniyanın Frankfurt şəhərinə gələrək, sözügedən görüşü canlı izləyiblər:
“Bilirəm ki, bu oyunu Almaniyanın “Dinamo” (Drezden) klubunun nümayəndələri də izləyirdilər. Bundan əlavə bir Norveç, dörd Türkiyə klubunun təmsilçiləri də qarşılaşmanı izləyənlər arasında idilər. Bu, Azərbaycan yığmasının oyunçularına olan böyük maraqdan xəbər verir. Əgər onlar bizdən hansısa məsləhət almaq istəsə, mən təbii ki, ancaq xoş sözlər söyləyəcəm. Bizə də məhz bu lazımdı ki, futbolçularımız ölkə xaricində çıxış etsinlər”.