31 may 2012 12:03
Yeni Azərbaycan çempionu müəyyənləşdi (FOTOREPORTAJ)
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da həvəskar komandalar arasında ölkə birinciliyinin final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Çevik” komandasını 2:1 hesabı ilə məğlub edən “Qaraçala” (Salyan) komandası birinciliyin qalibi adını qazanıb və Litvada təşkil olunacaq UEFA-nın Region kuboku turnirinə vəsiqə əldə edib.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
