31 may 2012 00:05

Berti Foqts: Bu, yığmanın ən yaxşı oyunlarından biri idi

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Andorra ilə yoxlama oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

- 90 dəqiqədən razı qaldım. Sürətli oyun sərgilədik və diqtə edən tərəf idik. Təəssüf ki, qol vura bilmədik. Komanda taktiki cəhətdən meydanda düzgün hərəkət etdi. Cinahlar özlərini heç də pis göstərmədilər. Amma cərimə zərbələrində bəxtimiz gətirmədi. 5:0 hesabıyla qalib gələ bilərdik. Hücumçularımızı tənqid etmək istərdim. Onlar hamısı superqol vurmaq arzusunda idilər. Əsas qol vurmaqdı. Qolun necə alınması isə o qədər də vacib deyil. Yenə deyirəm, bütövlükdə razıyam. Amma nəticə ürəkaçan deyil. Hakim birinci hissədə Raufa qarşı kobudluğa görə penalti təyin etməli idi.
 
- Almaniyalı hakimlərdən belə idarəçilik gözləyirdiniz?
- Bir qədər ədalətli hakimlik gözləyirdim. Mənim üçün hakimin hansı millətdən olmasının fərqi yoxdu. Amma hakimlər haqda çox danışmaq istəmirəm. İstənilən halda bizim hücumçulara qol vurmağa onlar mane olmurdular.
 
- Bəxtsizlikdən şikayətlənirsiz. Belə rəqiblə qarşılaşmada bu, nə dərəcədə düzdü?
- Konsentrasiya çatışmazığı var. Amma hər şeyə rəğmən bu görüşü yığmanın ən yaxşı oyunlarından biri sayıram. Onlar istəyəndə yaxşı oyun sərgiləyə bilirlər.
 
- DÇ-2014-ün seçmə mərhələsinə üç ay qalmış biz Avropanın ən zəif komandalarından birini yenə bilmədik...
- Bu, yoldaşlıq oyunudu. Almaniya yığması da AÇ-2012-nin favoriti olduğu halda, qitə çempionatına bir neçə gün qalmış İsveçrəyə 3:5 hesabıyla uduzdu. Əgər bu oyunda da pis futbol sərgiləsəydik, mən də narahat olardım. Amma gördüyünüz kimi, hər şey tam fərqli oldu. Hər halda İsrail yığması bizimlə qarşılaşmada 10 oyunçu ilə müdafiə olunmayacaq. Andorra isə bütün görüş boyu müdafiə olundu. Seçmə mərhələ oyunlarında yaratdığımız qol epizodlarından yararlanmaq daha asan olacaq.
 
- İkinci hissədə futbolçularımız bir-birinin üstünə tez-tez qışqırmaları ilə diqqət çəkirdi. İsraillə oyunda da belə olsa, yəqin ki, məğlub olacağıq. Nə etməyi düşünürsüz?
- Siz hələ Almaniya yığmasının üzvlərinin oyun zamanı bir-biri ilə necə danışdıqlarını bilmirsiz! Bu, futbolun bir hissəsidi. Əgər stadionda azarkeşlər çox olsaydı, siz bu söhbətləri eşitməzdiniz. Oyundan sonra bütün futbolçular yenə öz dostluqlarında qalırlar.
 
- Seçmə mərhələdə neçə xala ümid edə bilərik?
- Qol vura bilməsək, ola bilsin ki, iki xal. İki dəfə qolsuz heç-heçəyə nail olmaqla bu mümkündü. Siz Azərbaycan çempionatının hansısa oyununda bu qədər qol epizodu görmüsüz? Rauf Əliyev kimi gözəl qol vurmaq eşqinə düşmək lazım deyil. Bunu Raufun özünə də dedim. İlk imkandaca rəqib qapısına yol tapmaq lazımdı. Herd Müller həmişə adi qollar vururdu. Bu haqda komanda ilə də danışacağam.
 
- Yığmamızda debüt matçını keçirən Uğur Pamukun çıxışını necə qiymətləndirərdiz?
- Kimisə xüsusi qeyd etmək istəmirəm. Əsas odu ki, komanda oyunu sərgiləyə, düşündüklərimizi meydanda həyata keçirə bildik. Yalnız qol istisna olmaq şərtilə. Bizə sadəcə 5 faiz çatışmadı.
 
- Ötən tsikldə siz rekord xal yığmaqla yadda qaldınız. Bəs bu dəfə nə qədər xal yığmağı düşünürsüz?
- Hesablamıram və belə plan qurmağa da hazırlaşmıram. İstəyirəm ki, komandam hər oyunda yaxşı futbol sərgiləsin və bütün 90 dəqiqə ərzində vuruşsun. Xala gəlincə, bu, mənim üçün maraqsızdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.