31 may 2012 00:12
“Bərabər səviyyəli oyun oldu”
Özbəkistanın U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Bakıda startı verilən II Caspian Cup beynəlxalq turnirinin ilk turu çərçivəsində keçirilən Yaponiya ilə matçdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Bərabər səviyyəli oyun oldu. Yaponiya yığması mütəşəkkil komandadı. Hər iki komandanın qol vurmaq şansları oldu. Lakin rəqibimiz yox, biz bu şanslardan istifadə edə bildik”.
