31 may 2012 00:18
“Oyunçular psixoloji cəhətdən görüşə hazır deyildilər”
Yaponiya U-17 yığmasının baş məşqçisi Hirofumi Yoşitake Bakıda startı verilən II Caspian Cup beynəlxalq turnirinin ilk turu çərçivəsində keçirilən Özbəkistanla matçdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Ötən il Özbəkistan yığması ilə keçirdiyimiz 3 oyundan ikisində uduzub, birində heç-heçə etmişdik. Özbəklərin güclü komandası var və bizə qarşı yaxşı oynayırlar. Bizim oyunçular psixoloji cəhətdən görüşə hazır deyildilər. İlk dəqiqələrdə qapımıza penalti təyin edildi. Buna baxmayaraq, birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra çoxlu səhvlər etdik. Çalışacağıq ki, növbəti oyunlarda bu səhvləri buraxmayaq və qalib gələk”.
