31 may 2012 21:50

Qəbələ Galatasaraya, Qarabağ Feyenoorda uduzdu (YENİLƏNİB)

Bu gün I Qəbələ Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, ilk turda "Qəbələ" "Brondbü" və "Qarabağ" - "Levante" qarşılaşmaları baş tutub.
 
Eyni vaxtda keçirilən oyunlarda "Qəbələ" rəqib üzərində böyükhesablı qələbə qazansa da, digər Azərbaycan təmsilçisi "Qarabağ" minimal hesablı məğlubiyyətlə razılaşıb. "Qəbələ" - "Brondbü" matçı meydan sahiblərinin üstünlüyü ilə keçib. "Qəbələ"nin 6 qoluna danimarkalılar 2 qolla cavab veriblər. "Qəbələ"nin heyətində Coşqun Süleymanov (2), Viqar Əlibabayev (2), Əli Səmədov və Ülvi İskəndərov fərqləniblər. İspanlarla qarşılaşmada məğlub olan "Qarabağın yeganə qoluna isə Şaxban Cəbrayılov imza atıb.
 
Qrupların digər oyunlarında “Qalatasaray” – “Vilyarreal” və “Feyenoord” – Serbiya MK münasibətlərinə aydınlıq gətiriblər. A qrupunun ikinci oyununda – “Qalatasaray” – “Vilyarreal” görüşündə tərəflər hərəyə bir dəfə fərqləniblər və meydançadan sülhlə ayrılıblar – 1:1. B qrupunda baş tutan ininci qarşılaşma isə məhsuldarlığı ilə yadda qalıb. Serbiya MK rəqibin qapısından 5 cavabsız top keçirib.
 
Qeyd edək ki, iyunun 4-dək davam edəcək yeniyetmə futbolçular arasındakı bu mötəbər yarışa 8 klub qatılıb və 2 qrupda mübarizə aparırlar.
 
31 may (cümə axşamı)
 
A qrupu
 
“Qəbələ” – “Brondbü” - 6:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Təhmasib İsmayılov, Yusif Hüseynov
 
“Qalatasaray” – “Villareal” - 1:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Təhmasib İsmayılov, Yusif Hüseynov
 
“Qəbələ” – “Qalatasaray” - 0:2
Hakimlər: Səbayel Qurbanova, Yuliya Larionova, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva
 
“Brondbü” – “Villareal” - 1:0
Hakimlər: Qurbanova Səbayel, Larionova Yuliya, Güvəndiyeva Gülyana, Lütfəliyeva Fəridə
 
Turnir cədvəlində son durum: Qalatasaray - 4, Qəbələ, Bröndbü - 3, Villareal - 1.
 
B qrupu
 
“Qarabağ” - “Levante” - 1:2
Hakimlər: Etibar Həsənov, Rahin Heybətov, Teymur Teymurov, Nail Nağıyev
 
“Feyenoord” – “Serbiya NT” - 0:5
Hakimlər: Etibar Həsənov, Rahin Heybətov, Teymur Teymurov, Nail Nağıyev
 
“Qarabağ” – “Feyenoord” - 0:1
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Tamila Nəbiyeva
 
“Levante” – “Serbiya NT” - 1:2
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Tamila Nəbiyeva
 
Turnir cədvəlində son durum: Serbiya - 6, Levante, Feyenoord - 3, Qarabağ - 0.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.