31 may 2012 00:24
“Azərbaycan yığması bizə bir neçə qol vura bilərdi”
Futbol üzrə Andorra yığmasının baş məşqçisi Koldo Alvares Azərbaycanla yoldaşlıq görüşünü şərh edib. Azerisport.az xəbər verir ki, “cırtdanlar”ın çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Biz pis oynamadıq. Bəzi anlarda bəxtimiz də gətirdi. Çünki Azərbaycan yığması çoxlu sayda qol epizodları yaratdı. Onlar qapımıza bir neçə qol vura bilərdilər. Amma bir halda ki, qol buraxmadıq, deməli, heç-heçəyə layiqik”.