31 may 2012 12:25
Yığmamızın Litvada toplanışı olacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, komandamızın toplanışı Litvanın Palanqa şəhərində təşkil olunacaq. Hazırlıq prosesi İyunun 10-dan 20-ə qədər davam edəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.
