31 may 2012 00:27
Liverpoolda yeni baş məşqçi (FOTO)
İngiltərənin “Liverpool” klubunun yeni baş məşqçisinin kimliyi nəhayət ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, “qırmızılar”ı bundan sonra Brendan Rocers çalışdıracaq.
Qeyd edək ki, “Liverpool” rəhbərliyi mövsüm başa çatan kimi sabiq çalışdırıcısı Kenni Dalqliş ilə yollarını ayırmışdı. Çünki şotlandiyalı mütəxəssislə bu komanda mövsümü 8-ci pillədə başa vurmuşdu. Həmin dövrdən etibarən klub yeni baş məşqçi axtarışında idi.
Rocersə qədər “Liverpool”u daha çox “Wigan”ın baş məşqçisi Roberto Martinesin çalışdıracağı gözlənilirdi. Ondan əlavə Andre Villaş Boaşın da adı bu klubla tez-tez yanaşı çəkilirdi. Lakin göründüyü kimi, son seçim məhz Rocers olub. “Swansea” klubunu “Liverpool”a dəyişən bu gənc mütəxəssislə 3 illik müqavilə imzalanıb.
