31 may 2012 00:36
Elnur Allahverdiyev: Andorraya qarşı pis oynamadıq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev Andorra ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”lı müdafiəçi 0:0 hesablı heç-heçə haqda bunları dilə gətirib:
“Mən deməzdim ki, biz pis oynadıq. Sadəcə heç cür qol vura bilmədik. Başa düşürəm ki, hamı bizdən qələbə gözləyirdi. Biz həqiqətən də buna nail olmağı çox istəyirdik. Oyuna da ciddi hazırlaşmışdıq. İndi bizə rəsmi oyunlarda uğurlu çıxış etmək qalır. Bu uğursuzluğu ancaq o halda unutdurmaq olar”.
