31 may 2012 12:39
“Bu nəticə bir daha göstərdi ki, Azərbaycanın AÇ-2016-ya düşmək istəyi sadəcə arzudu”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin ötən gün Andorraya qarşı keçirdiyi yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahiəsində o, bunları dilə gətirib:
“Bu, yoxlama oyunu idi. Oyunçuları yoxlamaq lazım idi. Lakin eyni zamanda nəticə də vacib idi. Seçmə mərhələyə elə də çox vaxt qalmayıb. Yaponiyaya məğlubiyyətdən sonra bu görüşdə qələbə qazanmağa borclu idik. Andorra ilə heç-heçə bir daha göstərdi ki, bizim AÇ-2016-ya düşmək istəyimiz sadəcə arzudu. Bunu hamı bilir. Amma eyni zamanda da hamı Berti Foqtsa inanır”.