31 may 2012 21:41
Yığmamız Qazaxıstanı dörd cavabsız qolla keçdi (YENİLƏNİB)
AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən ikinci “Caspian Cup” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın müvafiq yığma komandası iştirak edir.
Litva, Qazaxıstan, Qırğızıstan və Azərbaycan milliləri eyni qrupda yer alırlar. Bu qrupda ikinci oyun günündə Litva Qırğızıstanla, Azərbaycan isə Qazaxıstanla üz-üzə gəlib. Litvalılar rəqibini məğlub etməyi bacarıblar. Yığmamız isə bu dəfə qazaxları darmadağın edib.
Yaponiya, Gürcüstan, Özbəkistan və Türkiyə yığmaları isə digər yarımqrupda mübarizə aparırlar. Bu qrupda isə Türkiyə Özbəkistana uduzub. Yaponiya da Gürcüstanla qarşılaşmada darmadağınla üzləşib.
Qeyd edək ki, turnirin oyunlarında stadiona giriş sərbəstdi. Sabah turnirdə istirahət günüdü və yarış iyunun 2-də davam edəcək.
Caspian Cup
31 may
Özbəkistan – Türkiyə - 2:1
Bakı. AZAL Arena.
Yaponiya – Gürcüstan - 3:6
Bakı. Dalğa Arena.
Litva – Qırğızıstan - 3:1
Bakı. Dalğa Arena.
Qazaxıstan – Azərbaycan - 0:4
Qollar: Mahir Mədətov, 53, Mirkamil Həşimli, 59-pen, Vladimir Şvitkov, 68-öz qapısına, Fəhmin Muradbəyli, 74.
Bakı. Dalğa Arena.
